AFFA nın təşkilatçılığı ilə D kateqoriyalı məşqçi kursları keçiriləcək

05.02.2025

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə Avropa futbol qurumunun “HatTrick” proqramı çərçivəsində D kateqoriyalı məşqçi kursları keçiriləcək. SİA AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, dərslər həm nəzəri, həm də praktiki hissədən ibarət olmaqla qurumun məşqçi kurslarının təlimatçıları tərəfindən AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində baş tutacaq.

Kursda iştirak etmək ödənişsizdir.

Qeyd edək ki, təlimlər martın 1-3-də keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью