AFFA nın vitse prezidenti Dinamo Atalanta matçına təyinat aldı

04.02.2025

Icma.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.

AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb.

Sportal.az xəbər verir ki, o, UEFA Gənclər Liqasının 1/16 final mərhələsi çərçivəsində keçiriləcək “Dinamo” (Kiyev, Ukrayna) – “Atalanta” (İtaliya) oyununun UEFA nümayəndəsi olacaq.

Fevralın 11-də Antalyada yerləşən “Arslan Zəki Dəmirci İdman Kompleksi”ndə təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью