AFFA nümayəndələri “Football Conference Baku” tədbirində

09.06.2026

Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

AFFA-nın nümayəndələri QOLAT Sport Service & Football Agency-nin təşkil etdiyi “Football Conference Baku” tədbirində iştirak ediblər.

Sportal.az xəbər verir ki, konfransın panel sessiyalarında AFFA-nın baş katibinin müavini Elçin Məmmədov “Futbolun İnkişaf Prioritetləri” və “Regionda Futbolun Perspektivləri”, Sosial və Ətraf Mühit Dayanıqlılığı şöbəsinin aparıcı mütəxəssisi Şəbnəm Eyyubova isə “Futbolda Dayanıqlılıq” mövzusunda çıxış edib.

Tədbirdə idman idarəçiliyi, məşqçilik və skautinq, oyunçuların inkişafı, futbol biznesi və dayanıqlılıq mövzuları müzakirə olunub. Konfrans futbol sənayesinin müxtəlif sahələrindən mütəxəssisləri bir araya gətirib.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью