AFFA nümayəndələri Tiranaya yollandı

25.02.2026

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

24-25 fevral tarixlərində Albaniyanın paytaxtı Tiranada UEFA-nın üzv assosiasiya nümayəndələrinin iştirakı ilə “UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı” mövzusunda regional seminar keçirilib.

"Football-plus.az" xəbər verir ki, seminarda AFFA-nın Lisenziya və Qeydiyyat departamentinin əməkdaşları – departamentin rəisi Seymur Səlimli, Lisenziya şöbəsinin baş mütəxəssisi Aynur Abdullayeva və aparıcı mütəxəssisi Nərmin Sidaliyeva iştirak ediblər. Seminar zamanı aşağıdakı mövzular müzakirə olunub:
- UEFA-nın çoxklublu mülkiyyət tələbləri və onların tətbiqi
- Avropa Futbol mühiti
- Yerli maliyyə monitorinqi
- Hüquqi qrup strukturu və hesabat perimetri
- UEFA həmrəylik mexanizmi və klub lisenziyalaşdırılması

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью