AFFA nümayəndəsi “Fənərbağça” “Atletik” oyununa təyinat alıb AZƏRTAC

07.12.2024

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 7 dekabr, AZƏRTAC

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA-dan növbəti dəfə təyinat alıb.

Milli Assosiasiyadan AZƏRTAC-a verilən məlumata görə, o, UEFA Avropa Liqasının VI turu çərçivəsində keçiriləcək “Fənərbağça” (Türkiyə) – “Atletik” (İspaniya) oyununun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.

Qarşılaşma dekabrın 11-də İstanbulda yerləşən “Şükrü Saracoğlu” stadionunda baş tutacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью