AFFA nümayəndəsi “Qalatasaray”ın oyununda

24.11.2025

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

AFFA-nın Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva UEFA tərəfindən təyinat alıb.

Futbolpress.az xəbər verir ki, o, UEFA Gənclər Liqasının liqa mərhələsində keçiriləcək “Qalatasaray” (Türkiyə) – “Union” (Belçika) oyununun UEFA nümayəndəsi olacaq.

Görüş noyabrın 25-də İstanbulda yerləşən “Esenler Erokspor” stadionunda təşkil olunacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью