AFFA nümayəndəsi UEFA dan təyinat alıb

07.10.2026

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 7 oktyabr, AZƏRTAC

AFFA-nın Sosial Ətraf mühit dayanıqlılığı üzrə meneceri Kifayət Mustafayeva UEFA-dan təyinat alıb.

AZƏRTAC UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, o, qadınlar arasında dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsində Albaniya və Uels yığmaları arasında keçiriləcək ilk oyunun UEFA nümayəndəsi olacaq.

Görüş oktyabrın 9-da Şkoder şəhərində yerləşən “Loro Boriçi” stadionunda təşkil olunacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью