AFFA nümayəndəsinə UEFA dan təyinat

10.09.2025

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 10 sentyabr, AZƏRTAC

AFFA-nın Sosial Ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva UEFA-dan təyinat alıb.

AZƏRTAC xəbər verir ki, o, qadınlar arasında UEFA Avropa Kubokunun I təsnifat mərhələsi çərçivəsində sentyabrın 11-də keçiriləcək “Ayaks” (Niderland) – “Şturm” (Avstriya) oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma Niderlandın Duivendrext şəhərində yerləşən “De Toekomst” stadionda baş tutacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью