AFFA nümayəndəsinə UEFA dan təyinat

06.08.2026

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA tərəfindən təyinat alıb. Sport24.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, UEFA Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 11-də keçiriləcək "İberia" (Gürcüstan) – "Larne" (Şimali İrlandiya) oyununun UEFA nümayəndəsi olacaq.

  Qeyd edək ki, qarşılaşma Tbilisi şəhərində yerləşən "Mixail Mesxi" stadionunda keçiriləcək.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью