AFFA oyuna hakim göndərmədi: MATÇIN TARİXİNİ UNUDUB

13.04.2026

Apasport saytına istinadən Icma.az xəbər verir.

AFFA U-19 Gənclər Liqasında A qrupunun IV turunun bir oyunun keçirilməmə ehtimalı var.

Apasport.az Sport1.az-a istinadla xəbər verir ki, "Turan Tovuz" - "Zirə" matçı baş tutmaya bilər.

Buna səbəb görüşə AFFA Hakimlər Komitəsi tərəfindən hakim göndərilməməsi olub. Şəmkirdə keçirilməli olan oyuna referi gəlməyib.

Nəticədə oyun təşkil olunması sual altına düşüb. Həm "Turan Tovuz", həm də "Zirə" qurumun verəcəyi qərarı gözləyirlər.

Komitə tərəfindən komandalara belə açıqlama verilib: "Oyunun bu gün keçiriləcəyini bilmirdik".

Mikelsdən 70-ci qol Ozobiçdən yeni rekord - Kvaratsxeliyanı geridə qoydu Son 16 mövsümdə ilk: 2-ci het-trik “Kəpəz” 350-yə çatdı Kurban Berdıyev: “Mən şərtlərdən razıyam”
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью