AFFA prezidenti Amerikaya yollanıb

05.12.2025

Icma.az, sport24.az portalına istinadən məlumat yayır.

AFFA prezidenti Rövşən Nəcəf 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının püşkatma mərasiminə qatılacaq. Sport24.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Assosiasiyanın rəhbəri ABŞ-nin paytaxtı Vaşinqtonda təşkil olunacaq tədbirdə iştirak edəcək.

Qeyd edək ki, DÇ-2026 11 iyun – 19 iyul tarixləri aralığında ABŞ, Kanada və Meksikada təşkil olunacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью