AFFA prezidenti Canni İnfantinoya təşəkkür edib

02.10.2025

Metbuat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

FIFA İcraiyyə Komitəsinin qərarına əsasən, 2027-ci ildə 20 yaşadək futbolçular arasında dünya çempionatının final mərhələsi Azərbaycan və Özbəkistanda keçiriləcək.

Metbuat.az xəbər verir ki, bunu AFFA prezidenti Rövşən Nəcəf sosial şəbəkə hesabında yazıb:

"Bu mühüm və tarixi qərar dövlət başçıları arasında mövcud olan dostluq münasibətlərinin, ölkələrin rifahına və inkişafına yönələn siyasətin, həmçinin hər iki ölkədə idmana göstərilən xüsusi diqqət və qayğının bariz göstəricisidir. Dəstəyə görə FIFA prezidenti Canni İnfantinoya və İcraiyyə Komitəsinin üzvlərinə təşəkkürümü bildirirəm".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью