AFFA prezidenti İnfantino və Elxan Məmmədovla görüşdü

10.06.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

29 iyul 2024-cü il tarixində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf Fransanın paytaxtı Parisə səfəri çərçivəsində FIFA-nın prezidenti Canni İnfantino ilə görüşüb.

Futbolpress.az xəbər verir ki, görüşdə FIFA-nın baş katibi Mattias Qrafström və Avropa üzrə regional direktoru Elxan Məmmədov da iştirak ediblər.

Söhbət zamanı ölkəmizdə futbolun inkişafı üzrə əməkdaşlıq imkanları müzakirə olunub, uşaq və qadın futbolunun təkmilləşdirilməsi, kütləviliyin və futbola marağın artırılması məsələləri nəzərdən keçirilib.

Görüşdə Canni İnfantino Azərbaycanın ilk dəfə təşkil olunan “FIFA series” turnirinə uğurla ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью