Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.
AFFA-nın prezidenti Rövşən Nəcəf “Qarabağ”ı UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib.
Fanat.Az xəbər verir ki, futbol qurumunun başqanı ürək sözlərini belə bir paylaşımla çatdırıb: “Azərbaycan futbol tarixində növbəti mühüm uğur imza ataraq UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanan “Qarabağ” klubunu və bütün azarkeşlərimizi ürəkdən təbrik edir, komandamıza qarşıdakı oyunlarda uğurlar arzulayıram”.
Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsini 10 xalla 22-ci pillədə başa vuraraq 1/16 finalda oynamaq hüququ qazanıb.