AFFA prezidenti U 16 millimizi təbrik edib

01.10.2025

Icma.az, sport24.az saytına istinadən bildirir.

AFFA-nın prezidenti Rövşən Nəcəf 16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisini Qəbələdə keçirilən III MDB Oyunlarında Qırğızıstan yığması üzərində 4:0 hesablı qələbə qazanması münasibətilə təbrik edib.

"Bu gün 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Qəbələdə keçirilən III MDB Oyunlarında ikinci qarşılaşmasına çıxıb.

Komandamız Qırğızıstan millisi üzərində 4:0 hesablı qələbə qazanaraq, turnirin finalına vəsiqə əldə edib.

Bu möhtəşəm qalibiyyət münasibətilə futbolçularımızı və məşqçi heyətini təbrik edir, final görüşündə komandamıza uğurlar arzulayıram".

Qeyd edək ki, oktyabrın 4-də Qəbələ şəhər stadionunda keçiriləcək final oyununda Azərbaycan və Rusiyanın U-16 milliləri qarşılaşacaqlar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью