AFFA prezidentindən “Qarabağ”a təbrik

20.08.2025

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

AFFA prezidenti Rövşən Nəcəf Çempionlar Liqasının pley-off mərhələsində ilk oyunda “Ferentsvaroş”u məğlub edən “Qarabağ”a təbrik ünvanlayıb.

Futbolpress.az xəbər verir ki, funksioner “X” hesabında bunları yazıb:

“Qarabağ” futbol klubunu UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda səfərdə Macarıstanın “Ferensvaroş” komandasına qalib gəlməsi münasibətilə ürəkdən təbrik edirəm. İnanıram ki, təmsilçimiz cavab qarşılaşmasında da əzmkar mübarizə nümayiş etdirərək turnirin liqa mərhələsinə vəsiqəni təmin edəcək. Uğurlar “Qarabağ”!

“Qarabağ” cavab görüşünü avqustun 27-də Bakıda keçirəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью