AFFA pulları köçürsə də, bu klublar hələ də maaşları vermir

09.10.2025

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

AFFA klublara dəstək üçün ayrılan pulu ötən həftənin sonunda onların büdcəsinə köçürüb.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, bununla belə, bir neçə klub hələ də futbolçuların məvaciblərini ödəməyib. 

Konkret, I Liqs klubu "Cəbrayıl" avqust və sentyabr aylarının əmək haqlarını hələ də yubadır. 
Üstəlik, "Difai" üzərində qələbənin mükafatı da verilməyib. 
Eyni durum "Şamaxı"da da yaşanır. Bölgə təmsilçisi əvəzedici komandanın futbolçularının son 2 aydakı maaşlarını köçürməyib. 

Mirağa

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью