AFFA Qarabağ la Sabah ı cəzalandırdı

19.03.2025

Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Fanat.Az xəbər verir ki, qurum Misli Premyer Liqasının XXVII turunda yaşananları müzakirə edib.

Beləliklə, iki klub - "Qarabağ" və "Sabah" cəzalandırılıb. “Kəpəz”lə səfər matçı bitdikdən sonra Ağdam təmsilçisinin azarkeşləri pirotexniki vasitədən yararlanıblar. Bu səbəbdən, “Qarabağ” 1500 manat cərimə edilib.

“Sabah” isə “Zirə” ilə ev oyununda əsasnamənin tələbləri pozulduğu üçün 500 manat ziyana düşüb.

Xatırladaq ki, "Qarabağ" "Kəpəz"lə 0:0, "Sabah" "Zirə" ilə 1:1 hesablı heç-heçə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью