AFFA Qarabağı cərimələdi

26.11.2024

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Ölkə.az PFL-in saytına istinadən xəbər verir ki, iclasda Misli Premyer Liqasının 14-cü turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.

"Səbail" - "Qarabağ" oyununda "Qarabağ"ın 4 futbolçusu sarı vərəqə aldığına görə klub 700 manat cərimə edilib.

Eyni matçın 62-ci dəqiqəsində "Səbail"in azarkeşləri tərəfindən lazer işıqdan istifadə edildiyinə görə klub 500 manat cərimələnib.

Həmin oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə Bakı təmsilçisi 800 manat cərimə edilib.

"Neftçi" - "Zirə" oyununun fasiləsində meydançaya kənar şəxslər daxil olduğuna görə "Neftçi" 800 manat cərimələnib.

"Turan Tovuz" - "Sabah" görüşündə "Sabah"ın 4 futbolçusu sarı vərəqə aldığına görə klub 700 manat cərimə edilib.

"Sumqayıt" - "Şamaxı" oyununun 78-ci dəqiqəsində "Sumqayıt"ın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə klub 800 manat cərimələnib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью