AFFA “Qarabağ”ı CƏZALANDIRDI

01.04.2025

News24 portalından alınan məlumata görə, Icma.az xəbər verir.

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

News24.az xəbər verir ki, yığıncaqda Misli Premyer Liqasının XXVIII turunda baş verənlər müzakirə olunub.

“Turan Tovuz” – “Qarabağ” oyununda 4 futbolçusu sarı vərəqə alan meydan sahibləri 700 manat cərimə olunub. Azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Qarabağ” 1500 manat cərimələnib.

“Neftçi” – “Araz-Naxçıvan” oyununda 6 sarı vərəqə alan Bakı klubu 700 manat ziyana düşüb. Futbolçusunun formasında qüsur olması səbəbindən matç gec başladığı üçün “Araz-Naxçıvan” 800 manat cərimə edilib.

“Səbail”lə qarşılaşmada “Kəpəz”in azarkeşləri tərəfindən sındırılmış 6 ədəd oturacağa görə stadiona dəymiş zərər Gəncə klubu tərəfindən ödəniləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью