Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. Bu gün İntizam Komitəsinin iclası keçirilib.
Sportal.az PFL-ə istinadən xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib: I Liqa XIV tur 13 fevral 2025-ci il tarixində I Liqada XIV turun “İmişli” – “Qəbələ” oyununun 49-cu dəqiqəsində “Qəbələ” klubunun məşqçisi Amil Ağacanov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Qəbələ” komandası 100 manat cərimə edilsin (maddə 42.4); 13 fevral 2025-ci il tarixində I Liqada XIV turun “İmişli” – “Qəbələ” oyununun 58-ci dəqiqəsində “İmişli” klubunun azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “İmişli” komandasına xəbərdarlıq edilsin (maddə 43.7); 14 fevral 2025-ci il tarixində I Liqada XIV turun “Zaqatala” – “Difai” oyununda “Difai” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Difai” komandası 70 manat cərimə edilsin (maddə 37).
saytlarin hazirlanmasi Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.