Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır. AFFA rəhbərliyi bir sıra rayonlara səfər edib.
Bu barədə SİA-ya qurumun mətbuat xidmətindən məlumat verilib.
Milli assosiasiyanın baş katibi Cahangir Fərəcullayev, baş katibin müavini Kamran Vəliyev, Futbolun İnkişaf Fondunun icraçı direktoru Tural Piriyev və İnkişaf Strategiyasının icrası üzrə layihə qrupunun dövlət qurumları ilə əlaqələrinə məsul şəxs Ramazan Səmədov Qəbələ, Şəki, Qax və Zaqatala rayonlarında olublar.
Səfər çərçivəsində bölgələrin futbol infrastrukturu ilə tanış olunub, “Qəbələ”, “Sheki City”, “Zaqatala” klubları, yerli UGİŞM nümayəndələri ilə görüşlər keçirilib, mövcud vəziyyət müzakirə edilib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.