AFFA rəhbərliyi U 21 millisinin düşərgəsini ziyarət edib

17.03.2025

sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

AFFA rəhbərliyi bu gün təlim-məşq toplanışına başlayan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının düşərgəsini ziyarət edib. Sport24.az xəbər verir ki, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və baş katibi Cahagir Fərəcullayev millinin yeni baş məşqçisi Ayxan Abbasova uğurlar arzulayıblar.

Ayxan Abbasov isə göstərilən etimada görə təşəkkürünü bildirib. O, U-21-də çalışmağın böyük məsuliyyət olduğunu söyləyib.

Qeyd edək ki, U-21 millimiz martın 18-dən 26-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçəcək. Hazırlıq çərçivəsində komandamız martın 22-də Moldova, 25-də isə Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama görüşündə üz-üzə gələcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью