AFFA rəhbərliyi Zaqatalaya niyə gedib? KLUBUN DİREKTORU DANIŞDI

10.07.2025

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

AFFA rəhbərliyi bölgələrə səfər edir. 

Lent.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

AFFA-nın baş katibi Cahangir Fərəcullayev, baş katibin müavini Kamran Vəliyev, Futbolun İnkişaf Fondunun icraçı direktoru Tural Piriyev və İnkişaf Strategiyasının icrası üzrə layihə qrupunun dövlət qurumları ilə əlaqələrinə məsul şəxs Ramazan Səmədov Qəbələ, Şəki, Qax və Zaqatala rayonlarına səfər ediblər.
Səfər çərçivəsində bölgələrin futbol infrastrukturu ilə tanış olunub, “Qəbələ”, “Sheki City”, “Zaqatala” klubları, yerli UGİŞM nümayəndələri ilə görüşlər keçirilib, mövcud vəziyyət müzakirə edilib.

"Zaqatala" futbol klubunun rəhbəri Şaban Şirdanov  görüşlə bağlı Lent.az-a danışıb: 

“Futbolumuzun çox saylı problemlərinə aid maraqlı  və səmərəli müzakirə aparıldı. Yeni inkişaf strategiyasının uğurlu olması üçün hər kəsin öz işinə daha böyük fədakarlıqla yanaşmalı olduğu vurğulandı.Belə olarsa, ölkə və region futbolunda inkişafa nail olmaq mümkündür düşüncəsindəyəm.

Zaqatala qədim və zəngin futbol ənənəsinə malik olan bölgədir və futbol mənəvi dəyərlərimizdəndir.

Musa və Qurban Qurbanov qardaşları Zaqatala futbolunu çox layiqli şəkildə təmsil etməklə futbolu bölgədə daha da populyar  etmişlər.
Təsadüfü deyil ki, hazırda ölkə futbolunda peşəkar status daşıyan çox sayda futbolçumuz var.

Son iki ildə Futbolun İnkişaf Fondu ilə əməkdaşlığımızın nəticəsində bölgədə, xüsusilə də uşaq futbolunu inkişaf etdirmək  istiqamətində işlər görməyə çalışırıq.Problemlərdən biri olan lisenziyalı məşqçilərin hazırlanması məqsədilə "D" məşqçi kursunun Zaqatalada təşkilinə şəraitin yaradılması ilə bağlı müracitimizi AFFAnın baş katibi Cahangir Fərəcullayev çox müsbət qarşıladı.

Ümumən, 2 saat davam edən maraqlı və səmimi  söhbətdə hər kəs öz sahəsində futbolumuzun inkişaf yolları haqda mövqe bildirdilər”. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью