AFFA Renat Dadaşovun millidən uzaqlaşdırılmasının səbəbini açıqladı

15.10.2025

Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəbər verdiyimiz kimi, Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Ukrayna ilə keçirilən oyundan əvvəl komandadan kənarlaşdırılıb.

News24.az-ın sorğusuna cavab olaraq AFFA-dan bildirilib ki, futbolçu tam sağalmadığı üçün özünü yaxşı hiss etməyib. Bu səbəbdən o, təlim-məşq toplanışında vaxtında iştirak edə bilməyib.

Qeyd edək ki, Krakov şəhərindəki Yuzef Pilsudski stadionunda keçirilən Azərbaycan–Ukrayna oyunu rəqib komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Xeyrənsə Piriyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью