AFFA rəsmiləri “Bağçalarda Futbol Dərsi” layihəsi çərçivəsində Türkan qəsəbəsində olublar

06.12.2024

Report.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və “Bağçalarda Futbol Dərsi” layihəsnin koordinatoru Orxan Mikayıllı bu gün Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 214 saylı uşaq bağçasında olublar.

Qurumun mətbuat xidmətindən "Report"a verilən məlumata görə AFFA rəsmiləri dərs prosesində uşaqlarla birlikdə iştirak ediblər.

Qeyd edək ki, AFFA-nın dəstəyi ilə UEFA-nın “HatTrick” proqramı çərçivəsində baş tutan layihə ölkəmizdə 6 uşaq bağçasında həyata keçirilir.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью