AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər

16.10.2026

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 16 oktyabr, AZƏRTAC

AFFA-nın texniki direktoru Edmond Klaus, köməkçisi Ramiz Kərimov və məsləhətçisi Arif Əsədov “Qarabağ”ın akademiyasında görüş keçiriblər.

Milli assosiasiyadan AZƏRTAC-a bildirilib ki, AFFA nümayəndələri əvvəlcə “Qarabağ”ın U-19 komandasının məşqini izləyib, daha sonra akademiyanın direktoru Aftandil Hacıyev və meneceri Nail Kərimov ilə görüşüblər.

Görüşdə AFFA ilə futbol klubları arasında əməkdaşlığın gücləndirilməsi, məşqçilərin futbolçuların inkişafındakı rolu, eləcə də AFFA-nın uşaq və gənclər futbolunun inkişafı istiqamətində həyata keçirməyi planlaşdırdığı tədbirlər müzakirə olunub.

Akademiyanın məşqçi heyətinin də iştirak etdiyi görüş qarşılıqlı fikir mübadiləsi və sual-cavab sessiyası ilə yekunlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью