AFFA rəsmiləri Suraxanı rayonundakı orta məktəbdə olublar

19.12.2024

Icma.az bildirir, Report.az saytına əsaslanaraq.

AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və "Məktəblərdə Futbol Dərsi" layihəsinin koordinatoru Ziya Səfərov bu gün Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən 317 saylı tam orta məktəbdə olublar.

"Report" assosiasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, səfər AFFA-nın dəstəyi ilə UEFA-nın “Hat-Trick” proqramı çərçivəsində keçirilən layihə çərçivəsində baş tutub.

AFFA rəsmiləri dərs prosesində uşaqlarla birlikdə iştirak ediblər.

Qeyd edək ki, layihə Azərbaycanda 50-dən cox məktəbdə həyata keçirilir.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью