Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 23 aprel, AZƏRTAC
AFFA-nın VAR layihəsi üzrə koordinatoru Fəridə Lütfəliyeva və VAR təlimçisi Kristof Dierik Portuqaliyada UEFA-nın tədbirinə qatılıblar.
Milli assosiasiyadan AZƏRTAC-a verilən məlumata görə, “UEFA VAR simpoziumu” adlı tədbirdə əsas mövzular VAR-ın kommunikasiya sisteminin gələcəyi, gələcəkdə sistemin iş prinsiplərində dəyişikliklər, ilkin yaradılma məqsədi, əldə olunan uğurlar, üzləşilən çətinliklər, inkişaf istiqamətləri, oyun zamanı ardıcıl və şəffaf kommunikasiya qurmaqdan ibarətdir.
Qeyd edək ki, “UEFA VAR simpoziumu” tədbirinə aprelin 24-də yekun vurulacaq.