AFFA rəsmiləri UEFAnın seminarına qatılıblar

05.11.2024

Cbcsport portalından alınan məlumata görə, Icma.az xəbər verir.

UEFA-nın təşkilatçılığı ilə Şimali İrlandiyanın paytaxtı Belfastda qapıçılar üzrə məşqçilərin seminarı keçirilir.

Noyabrın 6-dək davam edəcək seminara AFFA-nın təlimatçıları Faiq Əzizov və Üzeyir İbrahimov da qatılıblar.

Qeyd edək ki, ilk belə seminar 2023-cü ilin aprel ayında Polşanın Qdansk şəhərində təşkil olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью