AFFA rəsmisi Avropa Liqasının oyununda UEFA nın nümayəndəsi olacaq

06.08.2026

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 6 avqust, AZƏRTAC

AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.

AZƏRTAC xəbər verir ki, o, UEFA Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində avqustun 11-də keçiriləcək "İberiya" (Gürcüstan) – "Larne" (Şimali İrlandiya) oyununun UEFA nümayəndəsi olacaq. Qarşılaşma Tbilisi şəhərində yerləşən "Mixail Mesxi" stadionunda keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью