AFFA rəsmisi: Bəzi mövqelərdə boşluqlarımız olsa da, İslandiyaya qalib gəlmək şansımız var…
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 5 sentyabr, AZƏRTAC İslandiya ilə qarşılaşmada qalib gəlmək şansımız var.Bu sözləri AZƏRTAC-a açıqlamasında AFFA-nın Məşqçilərin maarifləndirmə şöbəsinin müdiri Aslan Kərimov bu gün DÇ-2026-nın seçmə mərhələsində keçiriləcək İslandiya - Azərbaycan oyunu barədə danışarkən deyib.O, Azərbaycan millisinin rəqib qarşısında şanslarını dəyərləndirib: “Qrupdakı digər iki rəqibimiz – Ukrayna və Fransa ilə müqayisədə, İslandiya millisi bizə daha uyğundur.
Onlardan xal ala bilmə ehtimalımız daha real görünür. Fikrimcə, bu komanda əvvəlki səviyyədə deyil. Kifayət qədər eniş görünür.
Bu amil millimizə qalib gəlmək üçün əlverişli şərait yaradır.
Ötən il UEFA Millətlər Liqasında Türkiyə ilə qarşılaşmada İslandiya müəyyən çətinliklər yaratmışdı.
Yalnız son dəqiqələrdə islandiyalı qapıçısının kobud səhvi ucbatından qol buraxdılar.
Ümumi götürsək, onlar sürətli keçidlərlə, əks hücumlarla, cərimə zərbələri və standart vəziyyətlərlə təhlükə yarada bilərlər.
Onlara qarşı ehtiyatlı olmalıyıq. Yəqin ki, biz də topa daha çox sahib olmağa üstünlük verəcəyik.
Tam oxu
Xəbəri oxu