AFFA rəsmisi: “Bizə məhz belə qələbələr lazımdır!”

14.11.2026

sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Bəziləri deyəcək ki, bu, vacib qələbədir, çünki bizi qrupda birinci yerə çıxardı. Bəziləri də deyəcək ki, o qədər də önəmli deyil, çünki çox güclü rəqibə qarşı qazanılmayıb". Sport24.az xəbər verir ki, bu sözlər AFFA-nın baş katibinin müşaviri Ramazan Səmədova məxsusdur.
O, sosial şəbəkə hesabında UEFA Millətlər Liqasının Lixtenşteyn - Azərbaycan oyunundan sonra paylaşım edib:
"Amma sizə öz fikrimi deyim: millimizə məhz belə qələbələr lazımdır. Çünki bu qələbələr futbolçularımızın özünəinamını, özünə güvənini bərpa edir. Futbol çox emosional və psixoloji oyundur. Özünəinamı bir saniyənin içində itirmək mümkündür, amma onu yenidən qazanmaq, bərpa etmək uzun və çətin prosesdir. Ona görə də belə qələbələrin dəyərini yalnız hesabla və ya rəqibin gücü ilə ölçmək düzgün deyil. Eşq olsun Millimizə!".
Qeyd edək ki, Azərbaycan millisi səfərdə Lixtenşteyni minimal hesabıa üstələyib - 1:0.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью