AFFA rəsmisi Çempionlar Liqasının oyununa təyinat aldı

03.07.2025

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan yeni təyinat alıb.

Ölkə.az xəbər verir ki, o, Çempionlar Liqasının I təsnifat mərhələsində Belarusun “Dinamo-Minsk” və Bolqarıstanın “Ludoqorets” komandaları arasında keçiriləcək cavab oyununun UEFA nümayəndəsi olacaq.

İyulun 16-da Macarıstanın Mezököveşd şəhərində oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Qeyd edək ki, komandaların ilk oyunu iyulun 9-da Bolqarıstanda keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью