Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA tərəfindən növbəti təyinat alıb.
Modern.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Konfrans Liqasının IV turunda keçiriləcək “Dinamo” (Minsk, Belarus) – “Kopenhagen” (Danimarka) matçında cari mövsümdə yeni tətbiq olunan UEFA Matç Direktorunun (UEFA Venue Director) mentoru kimi fəaliyyət göstərəcək.
Qarşılaşma noyabrın 28-də Sumqayıtda yerləşən Mehdi Hüseynzadə adına stadionda baş tutacaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.