AFFA rəsmisi “Fənərbağça” “Mançester Yunayted” oyununda olacaq

23.08.2026

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA tərəfindən təyinat alıb.

Futbolpress.az xəbər verir ki, UEFA Avropa Liqasının III turu çərçivəsində keçiriləcək “Fənərbağça” (Türkiyə) – “Mançester Yunayted” (İngiltərə) oyununun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.

Qarşılaşma oktyabrın 24-də İstanbulda yerləşən “Şükrü Saracoğlu” stadionunda baş tutacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью