AFFA rəsmisi FənərbağçaAtletik oyununa təyinat aldı

07.12.2024

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA-dan növbəti təyinat alıb.

Modern.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, Türkiyədə yerli "Fənərbağça" və İspaniyanın "Atletik" komandaları arasında keçiriləcək Avropa Liqasının VI turun matçında UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.

Qeyd edək ki, qarşılaşma dekabrın 11-də İstanbuldakı “Şükrü Saracoğlu” stadionunda baş tutacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью