AFFA rəsmisi Fənərbağçanın Avroliqadakı oyununa təyinat aldı

07.12.2024

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA-dan növbəti təyinat alıb.

Qaynarinfo milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, Türkiyədə yerli "Fənərbağça" və İspaniyanın "Atletik" komandaları arasında keçiriləcək Avropa Liqasının VI tur matçında UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.

Qeyd edək ki, qarşılaşma dekabrın 11-də İstanbuldakı "Şükrü Saracoğlu” stadionunda baş tutacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью