AFFA rəsmisi “Fənərbağça”nın oyununa təyinat aldı

21.07.2026

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA tərəfindən təyinat alıb.

Futbolpress.az xəbər verir ki, o, UEFA Avropa Liqasının I turu çərçivəsində keçiriləcək “Fənərbağça” (Türkiyə) – “Union Sent-Gilloise” (Belçika) oyununun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.

Qarşılaşma sentyabrın 26-da İstanbulda yerləşən “Ülker” stadionunda baş tutacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью