Icma.az, Olke.az portalına istinadən məlumat verir.
AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının XVIII turunda qeydə alınan mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.
"Ölkə.az" xəbər verir ki, mütəxəssis bu barədə qurumun mətbuat xidmətinə açıqlama verib.
O, ümumilikdə 4 matçda qeydə alınan 7 epizodla bağlı fikirlərini bölüşüb.
Mütəxəssis referi Rauf Cabarovun "Araz-Naxçıvan" - "Neftçi" görüşündə, Elçin Məsiyevin isə "Qarabağ" - "Turan Tovuz" matçında verdiyi bəzi qərarların yanlış olduğunu təsdiqləyib.