AFFA rəsmisi: İnfantino belə sürət görmədiyini dedi”

08.10.2026

Apasport saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

AFFA-nın baş katibinin müşaviri Ramazan Səmədov Bakıda keçiriləcək FIFA U-15 dünya çempionatı və festivalına hazırlıq işlərindən danışıb.

Apasport.az xəbər verir ki, qurum rəsmisi jurnalistlərə açıqlamasında Hövsan Yarış Kompleksində qısa müddət ərzində böyük işlər görüldüyünü bildirib.

“İki ay əvvəl burada tamam başqa mənzərənin şahidi olardınız. Bura demək olar ki, səhra idi. FIFA standartlarına uyğun 10 meydança qurulub. Bütün bunlar 66 gün ərzində həyata keçirilib. İlk günlərdən bütün dövlət qurumları bizə dəstək göstəriblər.

Azərbaycan futbolu üçün böyük işlər görülüb. U-15 dünya çempionatı bu işlərin həyata keçirilməsinə təkan verdi. Uşaq futbolunun inkişafı üçün şərait yaratmaq arzumuz idi. Artıq buna nail olmuşuq”.

Səmədov FIFA prezidenti Canni İnfantinonun da kompleksdə görülən işlərlə tanış olduğunu bildirib:

“İnfantino işlərin bu qədər sürətlə yekunlaşdırıldığını heç bir ölkədə görmədiyini dedi. Hər bir meydançada tribuna quraşdırılması nəzərdə tutulur. İki meydançada 100, digərlərində isə 50 tamaşaçı oyunları izləyə biləcək”.

AFFA rəsmisi meydançaların ot örtüyünün FIFA standartlarına cavab verdiyini də vurğulayıb:

“Hazırda ərazidə FIFA nümayəndələri də var. Bu kompleks uşaq futbolunun inkişafı üçün nəzərdə tutulub”.

Qeyd edək ki, FIFA U-15 dünya çempionatı və festivalı oktyabrın 22–30-da Bakıda keçiriləcək. Qarşılaşmaların böyük hissəsi Hövsan Yarış Kompleksində, açılış və final görüşləri isə Bakı Kristal Zalında baş tutacaq.

Severinadan “Sabah”a jest Yığmamız “Antalyaspor”la üz-üzə gələcək I Liqa: IV tura start verilib - YENİLƏNİB İntizam Komitəsinin iclası keçirilib Azərbaycan Kuboku: "Qaradağ Lökbatan"dan darmadağın - 12:0! - YENİLƏNİB
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью