AFFA rəsmisi Konfrans Liqası oyununda

16.10.2025

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.

Futbolpress.az xəbər verir ki, o, UEFA Konfrans Liqasının Liqa mərhələsi çərçivəsində oktyabrın 23-də keçiriləcək “Şkendiya” (Şimali Makedoniya) – “Şelburn” (İrlandiya) oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma Skopye şəhərində yerləşən Todor Proeski adına milli stadionda keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью