AFFA rəsmisi Konfrans Liqasının oyununa təyinat alıb

04.11.2024

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA-dan təyinat alıb.

AZƏRTAC AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Konfrans Liqasının əsas mərhələsinin III turu çərçivəsində keçiriləcək LASK (Avstriya) – “Serkle Brügge” (Belçika) matçının UEFA nümayəndəsi olacaq.

Görüş noyabrın 7-də Lints şəhərində təşkil olunacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью