AFFA rəsmisi “Kopenhagen”in oyununda

25.11.2024

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA tərəfindən növbəti təyinat alıb.

Sport24.az xəbər verir ki, o, UEFA Konfrans Liqasının IV turu çərçivəsində keçiriləcək "Dinamo" (Minsk, Belarus) – "Kopenhagen" (Danimarka) matçında cari mövsümdə yeni tətbiq olunan UEFA Matç Direktorunun (UEFA Venue Director) mentoru kimi fəaliyyət göstərəcək.

Qarşılaşma noyabrın 28-də Sumqayıtda yerləşən Mehdi Hüseynzadə adına stadionda baş tutacaq

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью