AFFA rəsmisi Mançester Sitinin oyununa təyinat aldı

23.11.2024

Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.

Fanat.Az xəbər verir ki, o, UEFA Gənclər Liqasının 6-cı turu çərçivəsində keçiriləcək “Mançester Siti” (İngiltərə) – “Feyenoord” (Niderland) oyununun UEFA nümayəndəsi olacaq.

Noyabrın 26-da “Mançester Siti” akademiyasının stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью