AFFA rəsmisi növbəti dəfə UEFAdan təyinat aldı

25.11.2024

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA tərəfindən növbəti dəfə təyinat alıb.

Milli assosiasiyadan Bakıvaxtı.az-a verilən məlumata görə, o, UEFA Konfrans Liqasının IV turu çərçivəsində keçiriləcək “Dinamo” (Minsk, Belarus) – “Kopenhagen” (Danimarka) matçında cari mövsümdə yeni tətbiq olunan UEFA Matç Direktorunun (UEFA Venue Director) mentoru kimi fəaliyyət göstərəcək.

Qarşılaşma noyabrın 28-də Sumqayıtda yerləşən Mehdi Hüseynzadə adına stadionda baş tutacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью