AFFA rəsmisi növbəti dəfə UEFAdan təyinat alıb

25.11.2024

Yeniazerbaycan portalından verilən məlumata əsasən, Icma.az bildirir.

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA tərəfindən növbəti dəfə təyinat alıb.

Milli assosiasiyadan AZƏRTAC-a verilən məlumata görə, o, UEFA Konfrans Liqasının IV turu çərçivəsində keçiriləcək “Dinamo” (Minsk, Belarus) – “Kopenhagen” (Danimarka) matçında cari mövsümdə yeni tətbiq olunan UEFA Matç Direktorunun (UEFA Venue Director) mentoru kimi fəaliyyət göstərəcək.

Qarşılaşma noyabrın 28-də Sumqayıtda yerləşən Mehdi Hüseynzadə adına stadionda baş tutacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью