AFFA rəsmisi “Rapid”in oyununda olacaq

10.04.2025

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb.

Futbolpress.az xəbər verir ki, O, UEFA Konfrans Liqasının 1/4 final mərhələsi çərçivəsində keçiriləcək “Rapid” (Avstriya) – “Djurgarden” (İsveç) oyununun UEFA nümayəndəsi olacaq. Bununla ilk dəfə Azərbaycandan olan nümayəndə avrokuboklarda bu mərhələyə təyinat alıb.

Aprelin 17-də Vyanada təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью