AFFA rəsmisi UEFAdan təyinat aldı

23.11.2024

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.

Moderator.az-ın məlumatına görə, o, UEFA Gənclər Liqasının V turunda keçiriləcək “Mançester Siti” (İngiltərə) – “Feyenoord” (Niderland) oyununun UEFA nümayəndəsi olacaq.

Noyabrın 26-da İngiltərədə “Mançester Siti” akademiyasının stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью