AFFA rəsmisi UEFAdan təyinat aldı

10.11.2024

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb.
Demokrat.az-ın məlumatına görə, o, qadın futbolçulardan ibarət komandalar arasında UEFA Çempionlar Liqasının qrup mərhələsinin III turu çərçivəsində keçiriləcək “Roma” (İtaliya) – “Lion” (Fransa) oyununun UEFA nümayəndəsi olacaq.
A qrupunun qarşılaşması noyabrın 13-də Roma şəhərində yerləşən “Tre Fontane” stadionunda baş tutacaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью